Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır
Tarix: 15-02-2022 07:55 | Bölmə: İdman
Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Reyting.az
-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Gecənin ən maraqlı matçı Fransada PSJ və İspaniya "Real Madrid"i arasında keçiriləcək. "Park-de-Prens" stadionunda oynanılacaq görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.

Meydan sahiblərinin heyətində zədəli Serxio Ramos keçmiş klubuna qarşı oynamayacaq. Ander Erreranın isə meydana çıxıb-çıxmayacağı dəqiq bilinmir. "Kral klubu"nda isə Kərim Benzemanın həmyerlilərinə qarşı matçda forma geyinib-geyinməyəcəyi sual altındadır.

Gecənin digər oyununda İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"in qonağı olacaq. Görüşün baş hakimi serbiyalı Srcan Yovanoviçdir.

Lissabon təmsilçisindən Pedru Qonsalveşin, "şəhərlilər"dən isə Cek Qriliş, Koul Palmyer və Qabriel Jezusun oynayıb-oynamayacağı bəlli deyil. Qonaqlarda Kayl Uoker isə cəza səbəbindən matçı buraxacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

15 fevral


00:00. PSJ (Fransa) - "Real Madrid" (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

00:00. "Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə)

Baş hakim: Srcan Yovanoviç.(Mənbə:Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}