"Qarabağ"ın "Marsel"lə ilk oyununu monteneqrolu hakim idarə edəcək
Tarix: 15-02-2022 13:17 | Bölmə: İdman
"Qarabağ"ın "Marsel"lə ilk oyununu monteneqrolu hakim idarə edəcək

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində "Marsel" komandası ilə Fransada keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

Reyting.az
xəbər verir ki, qarşılaşmanı monteneqrolu Nikola Dabanoviç idarə edəcək.

Ona həmyerlilərindən Milovan Cukiç və Vladan Todoroviç yan xətt hakimləri, Miloş Boşkoviç isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda keçiriləcək "Marsel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}