Qurban Qurbanov: "Marsel"ə qarşı layiqli oyun göstərmək istəyirik"
Tarix: 15-02-2022 15:04 | Bölmə: İdman
Qurban Qurbanov: "Marsel"ə qarşı layiqli oyun göstərmək istəyirik"

"Matça rahat yox, amma çox ciddi hazırlaşmışıq və yaxşı rəqibə qarşı oynayacağıq".

Reyting.az
-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə səfər oyunu öncəsi Heydər Əliyev aeroportunda deyib,

50 yaşlı mütəxəssis bildirib ki, futbolçuların bu günlərdə inamlı olması üçün çalışıblar: "Biz böyümək istəyiriksə, daha inamlı olmalıyıq. Daim bunu oyunçulara demişik. Əminəm ki, bunun nəticəsini görəcəyik. "Marsel"ə qarşı layiqli oyun göstərmək və uğurlu nəticə əldə etmək istəyirik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}