14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
PSJ-nin idman direktoru cəzalandırıla bilər
Tarix: 16-02-2022 23:05 | Bölmə: İdman
PSJ-nin idman direktoru cəzalandırıla bilər

PSJ-nin idman direktoru Leonardo cəzalandırıla bilər.

"Marca" xəbər verir ki, buna səbəb onun ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində "Real"la görüşdəki (1:0) davranışıdır.

Leonardo matçı idarə edən baş hakim Daniele Orsatoya yaxınlaşaraq, yarımmüdafiəçi Marko Verrattinin 40-cı dəqiqədə aldığı sarı vərəqədən narazılığını və xəbərdarlığın yersiz olduğunu bildirib. PSJ-nin idman direktorunun bu davranışı "Real" nümayəndələrinin xoşuna gəlməyib. Klublar arasında gərginlik olduğu üçün bu epizoda diqqət yetirilib.

Bir neçə gündən sonra Orsatonun bu epizodu matçın protokoluna daxil edib-etmədiyi məlum olacaq. Bu baş verərsə, nizam-intizam komitəsi vəziyyəti nəzərdən keçirəcək və Leonardonu cəzalandıracaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib