Pekin-2022: Azərbaycan təmsilçisi final mərhələsində çıxışını başa vurub
Tarix: 17-02-2022 15:37 | Bölmə: İdman
Pekin-2022: Azərbaycan təmsilçisi final mərhələsində çıxışını başa vurub

Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxışını başa vurub.

Məlumata görə, 19 yaşlı idmançı sərbəst proqramda 118,15 xala layiq görülüb.

Ryabova 24 idmançının qatıldığı yarışda hazırda 179,97 xalla 4-cü pillədə qərarlaşıb/Report.

Konkisürən fevralın 15-də qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.

Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}