Böyük Dəbilqə: Azərbaycanın cüdoçusu zədələndiyi üçün yarışa davam etməyib - Yenilənib
Tarix: 17-02-2022 19:39 | Bölmə: İdman
Böyük Dəbilqə: Azərbaycanın cüdoçusu zədələndiyi üçün yarışa davam etməyib

Azərbaycan cüdoçusu Kəramət Hüseynov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə zədələnib.

Məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Baurjan Nabayev ilə görüşdə xəsarət alıb.

Hüseynov görüşün əvvəlində fəndi yerinə yetirdiyi vaxt zədələnib. Rəqibinə məğlub olan Azərbaycan idmançısına həkim müdaxilə edib.

Cüdoçu daha sonra meydanı tərk edib.

Reyting.az xəbər verir ki, bundan sonra o, bürünc medal görüşünə çıxmayıb. Nəticədə texniki məğlubiyyət alan Hüseynov 5-ci yeri tutub.

Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.

****

Azərbaycanın 3 cüdoçusu İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayıb.

Məlumata görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Braziliya təmsilçisi Rayan Konseysaoya qalib gəlib.

24 yaşlı idmançı növbəti raundda Monqolustandan olan Sumiyabazar Enxtayvanı yenib. Hüseynov yarımfinalda qazaxıstanlı Baurjan Nabayevə məğlub olub və bürünc medal uğrunda görüşə qatılacaq.

Eyni çəkidəki Balabəy Ağayev İsrail cüdoçusu Matan Kokolayevi məğlub etsə də, monqolustanlı Tsoqt-Oçir Byambayavə uduzub. Ağayev təsəlliverici görüşdə qazaxıstanlı Maqjan Şamşadinə yenilib və 7-ci yeri tutub.

66 kq-dakı Yaşar Nəcəfov ardıcıl olaraq Yevgeni Qonçarko (Ukrayna), Eylon Barşeşet (İsrail) və Martin Qaytero (İspaniya) ilə dueldən qalib ayrılıb. O, yarımfinalda Xerlen Qanbola (Monqolustan) qızıl xal bölümündə ipponla qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər