14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Azərbaycan cüdoçusu Böyük Dəbilqədə gümüş medal qazanıb
Tarix: 17-02-2022 21:35 | Bölmə: İdman
Azərbaycan cüdoçusu Böyük Dəbilqədə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

Məlumata görə, 66 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı israilli Barux Şmailovla qarşılaşıb.

Rəqibinə ipponla uduzan Nəcəfov gümüş medalla kifayətlənib/Report.

Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib