Avropa Liqası: "Betis", "Şerif" və "Reyncers" qələbə qazanıb, "Barselona"isə heç-heçə edib
Tarix: 18-02-2022 00:10 | Bölmə: İdman
Avropa Liqası: "Betis", "Şerif" və  "Reyncers" qələbə qazanıb, "Barselona"isə  heç-heçə edib

UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.

Reyting.a
z xəbər verir ki, ilk olaraq 4 oyun keçirilib.

"Barselona" İspaniyada İtaliya "Napoli"sini qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində 29-cu dəqiqədə Pyotr Zelinski hesabı açıb. Kataloniya təmsilçisində Ferran Torres 59-cu dəqiqədə penaltidən bərabərlik qolunu vurub.

Günün gözlənilməz nəticəsi Almaniyada qeydə alınıb. Şotlandiya "Reyncers"i Dortmund "Borussiya"sını 4:2 hesabı ilə yenib.

"Zenit" Rusiyada İspaniyanın "Betis" komandasına 2:3, Portuqaliya "Braqa"sı Moldovada "Şerif"ə 0:2 hesabı ilə uduzub.

Pley-off mərhələsi

21:45. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) - 1:1

21:45. "Zenit" (Rusiya) - "Betis" (İspaniya) - 2:3

21:45. "Şerif" (Moldova) - "Braqa" (Portuqaliya) - 2:0

21:45. "Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya) - 2:4

Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}