AFFA və "Qarabağ" klubu UEFA-ya müraciət edib - Erməni təxribatı ilə bağlı
Tarix: 18-02-2022 15:12 | Bölmə: İdman
AFFA və "Qarabağ" klubu UEFA-ya müraciət edib - Erməni təxribatı ilə bağlı

AFFA və "Qarabağ" klubu Fransada "Marsel"ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundakı erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edib.

Bu barədə  Ağdam klubunun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi tribunadakı təxribat xarakterli bannerin qısa müddətdə stüardların müdaxiləsindən sonra yığışdırıldığını bildirib: "Tribunada Ermənistan bayraqları da var idi. Onlar çirkin əməllərindən geri qalmırlar. Biz bununla bağlı əvvəlcədən "Marsel"ə və UEFA-ya məlumat vermişdik. Stüardların müdaxiləsindən sonra bayraqlar da götürüldü. Matçdan sonra UEFA nümayəndəsinə və yerli kluba etirazımızı bildirdik".

Qeyd edək ki, qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}