İnam Kərimov federasiya prezidenti seçilib - Yenilənib
Tarix: 19-02-2022 11:44 | Bölmə: İdman
İnam Kərimov federasiya prezidenti seçilib

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib.

Reyting.az
xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən konfransda Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın prezidenti seçilib.

Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.

***

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd məlum olub.

Məlumata görə, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur/Report.

Xatırladaq ki, bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında AAAF-ın hesabat-seçki konfransı keçiriləcək. Toplantıda İ.Kərimovun federasiya prezidenti seçiləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda AAAF-a "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov rəhbərlik edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}