"Dinamo" heç-heçə edib, "Borussiya" qol şousu göstərib
Tarix: 20-02-2022 22:59 | Bölmə: İdman
"Dinamo" heç-heçə edib, "Borussiya" qol şousu göstərib

Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Reyting.az
xəbər verir ki, paytaxt təmsilçisi 24-cü turda Zaqrebin digər klubu "Lokomotiv"lə qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.

M. Emreli ehtiyatda yer alıb. O, qarşılaşmada meydana daxil olmayıb.

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 50 xalla liderdir, "Lokomotiv" isə 29 xalla 5-ci pillədədir.

"Dinamo" - "Lokomotiv" - 0:0.

Bu arada "Borussiya" da (Dortmund) Bundesliqada növbəti matçına çıxıb.

Dortmund təmsilçisi 23-cü turda evdə Münhenqladbax "Borussiya"sı ilə qarşılaşıb. Marko Rouzun baş məşqçisi olduğu komanda rəqibini darmadağın edib - 6:0.

Onu da qeyd edək ki, Dortmund "Borussiya"sı turnir cədvəlində 49 xalla 2-ci, Münhenqladbax "Borussiya"sı isə 26 xalla 13-cüdür.

"Borussiya" (Dortmund) - "Borussiya" (Münhenqladbax) - 6:0.

Qollar: M.Roys, 26, 82, Malen, 32, Volf, 70, Moukoko, 74, Can, 90+1 pen.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}