"Qarabağ" - "Marsel" oyununun hakimləri bəlli olub - Siyahı
Tarix: 22-02-2022 09:44 | Bölmə: İdman
"Qarabağ" - "Marsel" oyununun hakimləri bəlli olub

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Marsel" ilə Bakıda keçirəcəyi cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Reyting.az
AFFA-ya istinadla xəbər verir ki, oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Bartoş Frankovski olacaq. Ona yan xətt hakimləri qismində Martsin Bonek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}