14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Çempionlar Liqasının finalı Rusiyadan alınacaq?
Tarix: 22-02-2022 14:41 | Bölmə: İdman
Çempionlar Liqasının finalı Rusiyadan alınacaq?

Çempionlar Liqasının 2021/2022 mövsümünün final matçının təxirə salınması ilə bağlı məsələ hazırda nəzərdən keçirilmir.

Bu barədə UEFA-dan "Evening Standard"a verilən açıqlamada bildirilir.

"Avropa futbol qurumu vəziyyəti daim diqqətlə izləyir. Hazırda final oyununun yerinin dəyişdirilməsinə dair plan yoxdur", - deyə vurğulanır.

Daha əvvəl Britaniyanın "Mirror" və "Daily Star" nəşrləri mayın 28-də keçirilməli olan final matçının "Qazprom Arena"dan alınmasının mümkünlüyünü yazıb. UEFA-nı bu addıma vadar edəcək səbəb kimi Rusiya və Ukrayna arasında münaqişənin böyüməsidir.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib