“Qarabağ”ın futbolçusu: “Marsel”ə təslim olmayacağıq”
Tarix: 23-02-2022 12:55 | Bölmə: İdman
“Qarabağ”ın futbolçusu: “Marsel”ə təslim olmayacağıq”

"Bizi çox çətin oyun gözləyir".

Bunu “Qarabağ”ın futbolçusu Kadi Borqes deyib.

Braziliyalı yarımmüdafiəçi Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransına qatılıb.

26 yaşlı hücumameylli oyunçu fransızlarla matça hazır olduqlarını söyləyib: “Rəqib çox güclüdür. İlk oyundan sonra bunun bir daha fərqində olduq. İlk matçı təhlil etmişik, orada buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. Ümid edirəm ki, oradakı səhvləri təkrarlamayacağıq. Öz gücümüzə də bələdik. Hesab əleyhimizə olsa da, bunu xeyrimizə dəyişmək iqtidarındayıq. Təslim olmayacağıq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bizə lazım olan nəticəni əldə edə biləcəyik"/APA.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}