Britaniyar Çempionlar Liqası finalının boykot edilməsini tələb edir
Tarix: 23-02-2022 15:55 | Bölmə: İdman
Britaniyar Çempionlar Liqası finalının boykot edilməsini tələb edir

Britaniyanın xarici işlər naziri Liz Trass İngiltərə klublarının Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Çempionlar Liqasının final oyununu boykot etmələrini istəyib.


"Daily Mail" xəbər verir ki, nazir bu barədə yerli mətbuata açıqlamasında bildirib.

"İngiltərə klubları Rusiyadakı final oyununu boykot etməlidirmi? Bəli. Mən onların yerində olsaydım, boykot edərdim. Putin rejiminin etdiklərini nəzərə alsaq, şəxsən mən Sankt-Peterburqdakı görüşdə iştirak etmək istəməzdim", - deyə Liz Trass vurğulayıb/Report.

Qeyd edək ki, daha əvvəl Britaniya mətbuatı Rusiyanın "Qazprom Arena"dakı final matçına ev sahibliyi hüququnu itirə biləcəyini yazıb. Avropa futbol qurumu isə vəziyyəti daim diqqətlə izlədiklərini və hazırda final oyununun yerinin dəyişdirilməsinə dair plan olmadığını bildirib. Cari mövsüm final oyunu mayın 28-də gerçəkləşəcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər