13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Futbol komandası transferlərə yüksək məbləğ ödəyəcək
Tarix: 23-02-2022 22:19 | Bölmə: İdman
Futbol komandası transferlərə yüksək məbləğ ödəyəcək

"Mançester Yunayted" yayda transferlərə yüksək məbləğdə pul xərcləməyi planlaşdırır.

ESPN xəbər verir ki, "qırmızı şeytanlar" Premyer Liqada hansı yeri tutmasından asılı olmayaraq, rəhbərlik oyunçu alışına xeyli vəsait xərcləyəcək. Bildirilib ki, yayda komandaya yeni baş məşqçi rəhbərlik edəcək, bütün transferlər onunla razılaşdırılacaq.

“Tottenhem"in hücumçusu Harri Keyn və “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays “Mançester Yunayted”in əsas transfer hədəfləridir.

“Mançester Yunayted” hazırda 26 oyundan sonra 46 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir. Komanda lider "Mançester Siti"dən 19 xal geri qalır.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}