Daha bir milli komanda Rusiya ilə qarşılaşmadan imtina edib
Tarix: 27-02-2022 09:45 | Bölmə: İdman
Daha bir milli komanda Rusiya ilə qarşılaşmadan imtina edib

İsveç milli komandası DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə düşəcəyi halda, oyuna çıxmayacaq.

Bu barədə İsveç Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Milli Rusiyanın Ukraynaya işğalçı hücumuna görə bu ölkənin yığma komandası ilə oyuna çıxmaqdan imtina edib.

DÇ-2022-nin pley-off mərhələsində İsveç-Çexiya matçının qalibi Rusiya-Polşa duelinin güclüsü ilə qarşılaşacaq.

Bundan əvvəl Polşa yığması Rusiya ilə matçdan imtina etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər