14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Azərbaycanda futbol klubunun adı dəyişdirilib
Tarix: 02-03-2022 14:48 | Bölmə: İdman
Azərbaycanda futbol klubunun adı dəyişdirilib

"Keşlə” klubunun adı rəsmən dəyişdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov bildirib.

E. Məmmədov deyib ki, “Keşlə” artıq “Şamaxı” adını daşıyır: “Klub hüquqi cəhətdən adını dəyişib, Ədliyyə Nazirliyindən qeydiyyatdan da keçib”.

Klubun Premyer Liqada nə vaxtdan “Şamaxı” adı altında çıxış edəcəyi ilə bağlı suala mətbuat xidməti cavab verib:

“Bəli, klubun adı artıq “Şamaxı”dır. Sadəcə, proseslərin yekunlaşması üçün sənədləşməni gözləyirik. Çempionatda yeni ad altında çıxış etməklə bağlı Peşəkar Futbol Liqasına müraciət etmişik, sənədləşmə işi gedir. Yəqin ki, yaxın vaxtlarda hər iki tərəfdən rəsmən elan olunacaq”.

Qeyd edək ki, komanda növbəti oyununu martın 6-da Premyer Liqanın XVIII turu çərçivəsində “Sabah”a qarşı keçirəcək.(apasport)




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib