14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
"Keşlə"nin qapıçısı Moldova millisinə dəvət olunub
Tarix: 07-03-2022 18:59 | Bölmə: İdman
"Keşlə"nin qapıçısı Moldova millisinə dəvət olunub

"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova millisinə dəvət alıb.

Reyting.az
xəbər verir ki, bu barədə Moldova mətbuatı yazıb.

Bildirilir ki, S. Namaşko Millətlər Liqasının pley-off mərhələsində Qazaxıstanla keçiriləcək oyunlar üçün yığmaya çağırılıb.

Moldova ilə Qazaxıstan arasında ilk oyun martın 24-də Kişinyovdakı “Zimbru” stadionunda, cavab görüşü isə 29-da “Astana Arena”da keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi Millətlər Liqasının 2022/23 mövsümünün C Liqasında Slovakiya, Belarus və Azərbaycan yığması ilə eyni qrupda yer alacaq. Məğlub tərəf isə D Liqasına yuvarlanaraq, Lixtenşteyn, Andorra və Latviyaya rəqib olacaq.(Qol.az)




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib