20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi erməniyə rəqib olub
Tarix: 08-03-2022 16:31 | Bölmə: İdman
Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi erməniyə rəqib olub

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala çıxıb.

Məlumata görə, 60 kq-da yarışan idmançı 1/4 finalda macarıstanlı Kriştian Keçkemetini məğlub edib. Onun finaldakı rəqibi ermənistanlı Tiqran Minasyan olacaq.

Bu gün mübarizəyə qoşulan yunan-Roma güləşçisi Adəm Hacızadə isə yarışla erkən vidalaşıb. 72 kq çəki dərəcəsindəki idmançı debütdə Macarıstanın digər təmsilçisi Atilla Toeşmagiyə uduzub.

Bundan başqa, 87 kq-da yer alan Laçın Vəliyev təsəlliverici görüşdə türkiyəli Muhutdin Sarıçiçəyə qalib gələrək, bürünc medal görüşünə vəsiqə qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də, final qarşılaşmaları isə saat 20:00-da başlayacaq/Report.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. 63 kq-da Ziya Babaşov və 77 kq-da Xasay Həsənli müvafiq olaraq gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə çempionluq uğrunda mübarizə aparacaqlar.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər