20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Avropa çempionatı: Azərbaycan güləşçisi erməni idmançını məğlub edib
Tarix: 08-03-2022 21:15 | Bölmə: İdman
Avropa çempionatı: Azərbaycan güləşçisi erməni idmançını məğlub edib

Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev olqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

Reyting.az
xəbər verir ki, 87 kq-da mübarizə aparan idmançının rəqibi ermənistanlı Gevorq Tadevosyan olub.

6:5 hesablı qələbə qazanan Vəliyev Avropa üçüncüsü olub.

***

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Məlumata görə, 60 kq çəki dərəcəsində rəqib Ermənistan təmsilçisi Tiqran Minasyan olub.

Qarşılaşmanın əvvəlindən ardıcıl fəndlər tətbiq edən Məmmədli sona 63 saniyə qalmış 9:0 hesablı tam üstünlüklə qələbəni təmin edib.

Finalda onun rəqibi Vitali Yeryomenko (Moldova) - İrakli Dzimistraişvili (Gürcüstan) görüşünün qalibi olacaq/Report.

Qeyd edək ki, 87 kq-da yer alan Laçın Vəliyev də bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də, final qarşılaşmaları isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi medal görüşünə çıxacaq. 63 kq-da Ziya Babaşov və 77 kq-da Xasay Həsənli müvafiq olaraq gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə çempionluq uğrunda mübarizə aparacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər