14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
Pekin-2022: Azərbaycanın yeganə təmsilçisi mübarizəyə başlayır
Tarix: 09-03-2022 00:06 | Bölmə: İdman
Pekin-2022: Azərbaycanın yeganə təmsilçisi mübarizəyə başlayır

Bu gün Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Məlumata görə, qış idman növləri üzrə yığmanın üzvü kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınayacaq. O, ölkəni qış paralimpiadasında təmsil edən ilk azərbaycanlı kimi tarixə düşəcək.

Ramazanzadə Bakı vaxtı ilə saat 06:00-da başlayacaq yarışa sonuncu - 38-ci sırada çıxacaq. Lakin mübarizənin startınadək sıralama dəyişə bilər.

Təsnifat mərhələsinin yekununda ilk "16-lığ"a düşən iştirakçılar yarımfinala yüksələcəklər. Bu mərhələdə isə ən yaxşı göstəriciyə malik 8 idmançı finala adlayacaq.

Qeyd edək ki, Mehman Ramazanzadə Pekin-2008 Yay Paralimpiya Oyunlarının da iştirakçısı olub. O, həmin vaxt pauerliftinqdə qüvvəsini sınayıb. Bundan başqa, Ramazanzadə 2019-cu ildə paravelosiped idman növü üzrə dünya çempionatında mübarizə aparıb.

Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib