Yüksək Liqa: "Murov" və "Neftçi" qələbə qazanıb
Tarix: 10-03-2022 17:43 | Bölmə: İdman
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə yekun vurulub.

Məlumata görə, X tura təsadüf edən hər iki görüş "Murov" voleybol klubunun idman zalında keçirilib.

Günün ilk matçında "Sərhədçi" "Murov"a 0:3 (13:25, 13:25, 10:25) hesabı ilə məğlub olub.

Digər qarşılaşmada isə "Neftçi" "Ekspress"i sınağa çəkib. Oyun "ağ-qaralar"ın 3:0 (25:15, 25:9, 25:13) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 10 turdan sonra 20 xalı olan "Murov" turnir cədvəlinə başçılıq edir. Liderdən 1 xal gerin qalan "Neftçi" ikinci, 15 xalı olan MOİK üçüncüdür. "Ekspress" 6 xalla dördüncü, xalı olmayan "Sərhədçi" isə sonuncu pillədə qərarlaşıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}