Çavuşoğlu: "Lavrov niyə xəttin sarı rəngdə olduğunu soruşdu, zarafatlaşdıq"
Tarix: 11-03-2022 13:28 | Bölmə: İdman
Çavuşoğlu: "Lavrov niyə xəttin sarı rəngdə olduğunu soruşdu, zarafatlaşdıq"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla martın 10-da keçirdiyi görüşdən əvvəl kameraların önündə salamlaşma zamanı gərginliyin yaşanması barədə iddialara izahat verib.

Reyting.az
xəbər verir ki, M.Çavuşoğlu bununla bağlı fikirləri təkzib edib.

O bildirib ki, qarşılaırndakı xətlərin üzərində nöqtələr var idi: "Onları bir-birimizə göstərirdik. Mənim qarşımdakı xətdəki nöqtələr sarı idi. Lavrov niyə sarı rəngdə olduğunu soruşdu, zarafatlaşdıq. Heç bir problem olmayıb”.

Qeyd edək ki, XİN başçıları birgə foto çəkdirərkən M.Çavuşoğlu S.Lavrovdan irəlidə dayanıb. Rusiyalı nazir isə həmkarından arxaya çəkilməsini istəsə də, M.Çavuşoğlu buna məhəl qoymayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}