AFFA bəzi klub və oyunçuları cəzalandırıb
Tarix: 11-03-2022 14:57 | Bölmə: İdman
AFFA bəzi klub və oyunçuları cəzalandırıb

AFFA İntizam Komitəsi bəzi klub və oyunçuları cəzalandırıb.

Reyting.az
AFFA-ya istinadla xəbər verir ki, buna mütəxəssisin "Keşlə"yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyununda hakimi təhqir etməsi səbəb olub.

Paytaxt təmsilçisi Kovalyova görə 4000 manat məbləğində cərimələnib. Bundan əlavə, klub 5 futbolçusu həmin qarşılaşmada sarı vərəqə aldığı üçün 800 manat ziyana düşüb. "Sabah"ın qapıçısı Səlahət Ağayev formasında qüsur olub və qarşılaşmada bu səbəbdən gec başladığından qonaqlar əlavə 800 manat ödəyəcək.

"Səbail" 4 futbolçusu "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə gördüyü üçün 800 manat cərimə olunub.

İK "Qarabağ" klubuna da 4000 manat məbləğində cəza kəsib. "Köhlən atlar"ın azarkeşləri evdə "Qəbələ"ni 5:1 hesabı ilə məğlub etdikləri görüşdə hakimin ünvanına təhqiramiz ifadələr işlədiblər.

Həmin oyunda qonaq komandanın azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}