AVRO-2023: Azərbaycanın voleybol millilərinin rəqibləri bəlli olub
Tarix: 12-03-2022 10:51 | Bölmə: İdman
AVRO-2023: Azərbaycanın voleybol millilərinin rəqibləri bəlli olub

Azərbaycanın kişi və qadınlardan ibarət voleybol yığmalarının 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Federasiyanın Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, kişilərdən ibarət yığma A qrupunda Danimarka və Türkiyə seçmələri ilə mübarizə aparacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak edəcək.

Qadınlardan ibarət milli isə AVRO-2023-ün seçmə mərhələsində Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə D qrupunda yer alacaq. Qadınların yarışında 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq komandalar final mərhələsinə yüksələcək.

Avropa çempionatlarında həlledici mərhələyə ev sahibliyi edəcək ölkələr hələlik açıqlanmayıb.

Qeyd edək ki, qitə çempionatında seçmə mərhələnin görüşləri avqust – sentyabrda olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}