Kubok oyununda kütləvi dava: 160 nəfər xəsarət alıb
Tarix: 14-03-2022 16:57 | Bölmə: İdman
Kubok oyununda kütləvi dava: 160 nəfər xəsarət alıb

Mərakeş Kubokunda 1/16 final mərhələsinin FAR - MAS oyunu zamanı kütləvi dava düşüb.

Məlumata görə, fanatlar arasında baş vermiş insidentin qarşısı hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra alınıb.

Qarşıdurma nəticəsində 103-ü polis, 57-si azarkeş olmaqla ümumilikdə 160 nəfər xəsarət alıb. Bundan başqa, stadion ərazisində bir çox obyektə və avtomobillərə maddi ziyan dəyib, bir motosiklet yandırılıb.

Təqribən 160 nəfərə yaxın şəxs saxlanılıb. Onların bəziləri zorakılıq hərəkətlərində iştirak etmə, silah saxlama, sərxoş vəziyyətdə maddi ziyan vurma və nəqliyyat vasitəsini yandırma ittihamları ilə həbs ediliblər./Report

Qeyd edək ki, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər