14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
12:50 / 17-06-2025
İki neft tankeri toqquşub
"Qalatasaray" "Beşiktaş"a qalib gəlib
Tarix: 15-03-2022 00:04 | Bölmə: İdman
"Qalatasaray" "Beşiktaş"a qalib gəlib

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşib.

Reyting.az
xəbər verir ki, XIX tur qarşılaşmasında "Qalatasaray" "Beşiktaş"ı qəbul edib. "NEF Stadionu"nda təşkil olunan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 22-ci dəqiqədə "Cim-Bom"un futbolçusu Kerem Aktürkoğlu açıb. 24 yaşlı yarımmüdafiəçi 10 dəqiqə sonra komandasının üstünlüyünü 2 topa çatdırıb. Hər iki qolun ötürməsini Mustafa Məhəmməd edib. 85-ci dəqiqədə Rıdvan Yılmaz hesab arasındakı fərqi azaltsa da, qonaqların bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Qalatasaray" 11-ci pilləyə yüksəlib. "Beşiktaş" isə 45 xalla 8-ci sırada qərarlaşıb.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib