İki yüzə yaxın iş adamı "Çelsi" klubunu almaq istəyir
Tarix: 15-03-2022 09:25 | Bölmə: İdman
İki yüzə yaxın iş adamı "Çelsi" klubunu almaq istəyir

İki yüzə yaxın iş adamı İngiltərənin "Çelsi" klubunu almaq istəyir. "Daily Mail" nəşrinin məlumatına görə, maraqlı tərəflər martın 18-dək bütün investorlar haqqında hesabat və klubun gələcək inkişafı üçün öz fəaliyyət planlarını təqdim etməlidirlər.

Onlara bildirilib ki, satış zamanı nağd pul təklifi və ən yüksək ödənişlə yanaşı, London təmsilçisinin hazırkı əməkdaşlarının öz işlərini itirməyəcəklərinə dair təminat həlledici amillər olacaq.

Qeyd edək ki, Roman Abramoviç fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. O, martın 2-də isə klubu satmaq niyyətində olduğunu açıqlayıb.( virtualaz.org)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər