20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Avropa Liqası: "Qalatasaray" və "Bayer" uduzub
Tarix: 17-03-2022 23:50 | Bölmə: İdman
Avropa Liqası: "Qalatasaray" və "Bayer" uduzub

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Məlumata görə, bu günə nəzərdə tutulan 7 görüşdən dördü başa çatıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniya "Barselona"sını qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu meydan sahibləri vurublar. 28-ci dəqiqədə Markao künc zərbəsindən sonra başla topu qapıdan keçirib. 37-ci dəqiqədə Pedri "Cim-Bom"un 3 müdafiəçisini aldadaraq, hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni isə 50-ci dəqiqədə Pyer-Emerik Obameyanq qoyub. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmadığından, bu nəticə "Barselona"nı 1/4 finala daşıyıb.

Kataloniya təmsilçisi ilə yanaşı, İtaliyanın "Atalanta", Portuqaliyanın "Braqa" və Şotlandiyanın "Reyncers" klubları da mərhələ adlayıblar.

1/8 finalın digər üç cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Avropa Liqası, 1/8 final mərhələsi

Cavab oyunları

17 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Markao, 28 - Pedri, 37. Pyer-Emerik Obameyanq, 50

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya) - 0:1

Qol: Jeremi Boqa, 90+1

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya) - 1:1

Qollar: Aksel Disasi, 90 - Abel Ruis, 20

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya) - 2:1

Qollar: Mirko İvaniç, 10. El-Fardu ben Nabuan, 90+3 (pen) - Rayan Kent, 56

İlk oyun - 0:3.

Qeyd edək ki, ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər