14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
CAS Rusiya ilə bağlı FİFA-nın qərarını qüvvədə saxlayıb
Tarix: 18-03-2022 16:25 | Bölmə: İdman
CAS Rusiya ilə bağlı FİFA-nın qərarını qüvvədə saxlayıb

İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya milli komandalarının bütün yarışlardan kənarlaşdırılması ilə bağlı müraciətinə baxıb.

Məlumata görə, İsveçrənin Lozanna şəhərindəki qurum FİFA-nın qərarını qüvvədə saxlayıb.

CAS Rusiya Futbol İttifaqının araşdırmaları müddətində cəzanın dayandırılması ilə bağlı xahişini qəbul edilməyib. Yaxın müddətdə qurum DÇ-2022-nin pley-off mərhələsinin Rusiya – Slovakiya matçının başqa vaxta keçirilməsi ilə bağlı məsələyə də baxacaq.

Qeyd edək ki, bir müddət əvvəl UEFA-nın Rusiya komandalarına verdiyi analoji cəza ilə bağlı müraciət də eyni nəticələnmişdi.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib