20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Avropa Liqasında cari mövsümün son püşkü atılıb
Tarix: 18-03-2022 16:48 | Bölmə: İdman
Avropa Liqasında cari mövsümün son püşkü atılıb

UEFA Avropa Liqasında cari mövsümün son püşkü atılıb.

Reyting.az
xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə əvvəlcə 1/4 mərhələsinin cütlükləri bəlli olub.

1/8 finalda Türkiyə "Qalatasaray"ını mübarizədən kənarlaşdıran İspaniya "Barselona"sı bu raundda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq.

Püşkatma zamanı həmçinin final matçının nominal meydan sahibi də bəlli olub.

Avropa Liqası

1/4 final

"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya)

"Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)

"Vest Hem" (İngiltərə) - "Lion" (Fransa)

"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər