Konfrans Liqasında 1/4 mərhələsinin püşkü atılıb
Tarix: 18-03-2022 18:20 | Bölmə: İdman
Konfrans Liqasında 1/4 mərhələsinin püşkü atılıb

UEFA Konfrans Liqasında 1/4 mərhələsinin püşkatma mərasimi keçirilib.

Reyting.az
xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə bu raundun cütlükləri müəyyənləşib.

Pley-off mərhələsində "Qarabağ"ı, 1/8 finalda isə "köhlən atlar"ın qrup mərhələsindəki rəqibi olmuş İsveçrə "Bazel"ini mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalda Yunanıstan PAOK-u ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası

1/4 final


"Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)

"Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya)

"Marsel" (Fransa) - PAOK (Yunanıstan)

"Lester" (İngiltərə) - PSV (Niderland).


Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}