Ronaldunun “Mançester Yunayted”lə bağlı planları məlum olub
Tarix: 19-03-2022 09:06 | Bölmə: İdman
Ronaldunun “Mançester Yunayted”lə bağlı planları məlum olub

İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu komandanı tərk etmək fikrində deyil.

Reyting.az
xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, komanda mövsümün sonunda Çempionlar Liqası zonasına düşə bilməsə də, hücumçu klubda qalmaq istəyir. Eyni zamanda, Avropanın top klubları arasında portuqaliyalı oyunçuya tələbat yoxdur, çünki futbolçunun maaş tələblərini çox az klub ödəyə bilir.

Qeyd edək ki, Ronaldu bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib. “Mançester Yunayted” 29 matçda 50 xal toplayıb və 2021/2022 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü yerdədir. Turnirin lideri “Mançester Siti”dir (69).(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}