Baş məşqçinin aylıq gəliri açıqlanıb
Tarix: 22-03-2022 11:00 | Bölmə: İdman
Baş məşqçinin aylıq gəliri açıqlanıb

PSJ-nin baş məşqçisi Maurisio Poçettinonun aylıq gəliri bəlli olub.

“L’Equipe” nəşri argentinalı mütəxəssisin vergilər daxil ayda 1,1 milyon avro qazandığını yazıb. Bu göstəriciyə görə, o, Liqa-1-in ən ödənişli məşqçisidir.

Siyahıda ikinci-üçüncü yeri ayda hərəyə 330 min avro qazanan Xorxe Sampaoli (“Marsel”) və Kristof Qaltye (“Nitsa”) bölüşdürür.

Məlumata görə, əgər PSJ bu mövsüm Poçettinonu istefaya göndərsə, onun rəhbərlik etdiyi məşqçilər korpusuna 20 milyon avro təzminat ödəyəcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}