13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
UEFA maliyyə qaydalarını dəyişir
Tarix: 23-03-2022 08:34 | Bölmə: İdman
UEFA maliyyə qaydalarını dəyişir

UEFA maliyyə feyr-pley qaydalarında dəyişikliklər etməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb. Yeni layihə qəbul olunarsa, klublar son 3 mövsümdə bütün gəlirlərinin 70 faizə qədərini futbol komponenti ilə bağlı məsələlərə xərcləyə biləcəklər. Eyni zamanda, idmançıların maaş həddinin də ləğvi təklif edilir. Lakin xəbərdə bildirilir ki, Avropa əmək qanunvericiliyinə görə belə qaydaların tətbiqi praktiki olaraq mümkün deyil.

Bu ideyalar qəbul olunarsa, dəyişikliklər 2022-ci il iyun ayının 1-də qüvvəyə minəcək. Keçid dövrü isə 2024-cü ilə qədər davam edəcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}