Burak Yılmaz Türkiyə futbol millisindən gedib
Tarix: 25-03-2022 09:24 | Bölmə: İdman
Burak Yılmaz Türkiyə futbol millisindən gedib

Hücumçu Burak Yılmaz Türkiyə futbol millisində karyerasını başa vurub.

B. Yılmaz bu qərarını Türkiyə millisinin Portuqaliya yığmasına məğlubiyyətindən sonra keçirilən mətbuat konfransında açıqlayıb.

O, gənclərə yol açmaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinalında Türkiyə səfərdə Portuqaliyaya 3-1 məğlub olub. B. Yılmaz bir qol vursa da, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}