20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycan şahmatçısı qələbə qazanıb
Tarix: 26-03-2022 09:24 | Bölmə: İdman
Azərbaycan şahmatçısı qələbə qazanıb

Almaniyanın paytaxtı Berlindəki FİDE Qran-prisinin 3-cü mərhələsi davam edir.

Reyting.az
xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib. 37 yaşlı qrossmeyster 4-cü turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib. Oyun 63-cü gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycan şahmatçısının Qran-pridəki ilk qalibiyyəti olub.

B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov ABŞ-dan olan Lenyer Domingeslə heç-heçə edib.

Qeyd edək ki, Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges, Kaymer və Məmmədyarov hərəyə 2,5 xalla ilk 3 pilləni bölüşür. Dubovun 1 xalı var.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər