20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş məşqçi: "Sabahkı oyunda yaxşı oyunumuzu göstərməliyik"
Tarix: 28-03-2022 13:43 | Bölmə: İdman
Baş məşqçi: "Sabahkı oyunda yaxşı oyunumuzu göstərməliyik"

"Malta ilə oyuna görə narahat idim. Əminəm ki, komanda daha artığını edə bilər. Sabah bunu göstərməliyik İlk növbədə özümüzə inanmalıyıq".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Latviyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis Malta ilə görüşdən sonra futbolçularla danışdığını söyləyib: "Taktiki problemlərimiz oldu. İki məşq keçməyimizin də buna təsir etdi. "Sabahkı oyunda yaxşı oyunumuzu göstərməliyik. Ötən matçda taktiki problemlər oldu. Həmişə bildiyimiz oyuna qayıdacağıq".

İtaliyalı baş məşqçinin fikrincə, yaxşı oyun göstərsələr, futbolçular mövqelərində bacardıqlarını edə bilsələr, nəticə qazanmaq mümkün olacaq: "Yaxşı oynasaq, topla rahat davransaq, bir-birimizi meydanda dəstəkləsək, hər bir rəqibə qarşı oynaya bilərik. Futbolda mümkün olmayan bir şey yoxdur. Reytinqdə 67-ci pillədə olan Şimali Makedoniya İtaliyaya qalib gəldi. Bunun üçün ən əsası özümüzə inanmalıyıq".




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər