14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Azərbaycanlı əkiz bacılar 6 medal qazanıb
Tarix: 28-03-2022 18:14 | Bölmə: İdman
Azərbaycanlı əkiz bacılar 6 medal qazanıb

Azərbaycanlı idman gimnastları Cessika Qədirova və Cennifer Qədirova Böyük Britaniya çempionatında ümumilikdə 6 medal qazanıblar.

Məlumata görə, bunların 3-ü qızıl, 2-si gümüş, 1-i isə bürünc medal olub.

Cesika Qədirova dayaqla tullanma və fərdi döşəmə hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 18 yaşlı idmançı balans hərəkətlərində isə 2-ci yeri tutub.

Onun əkiz bacısı Cennifer Qədirova dəstəli at üzərində hərəkətlərdə qızıl, fərdi döşəmə hərəkətlərində gümüş və paralel qollarda bürünc medala sahib çıxıb/Report.

Qeyd edək ki, Cesika Qədirova və Cennifer Qədirova Tokio-2020 Yay Olimpiya Oyunlarında 3-cü yeri tutaraq, Böyük Britaniyaya 93 ildən sonra idman gimnastikasında olimpiya medalı qazandırıblar.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib