20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dünya çempionatı: Portuqaliya və Polşa yığmaları final mərhələsinə vəsiqə qazanıb
Tarix: 30-03-2022 00:51 | Bölmə: İdman
Dünya çempionatı: Portuqaliya və Polşa yığmaları final mərhələsinə vəsiqə qazanıb

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olub.

Reyting.az
xəbər verir ki, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşib.

Portuqaliya yığması evdə Şimali Makedoniyanı 2 cavabsız qolla məğlub edib. Hər iki qolun müəllifi Brunu Fernandeş olub. İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi 32 və 65-ci dəqiqədələrdə fərqlənərək, komandasını DÇ-2022-yə çıxarıb.

Digər matçda isə Polşa millisi İsveçə eyni hesabla qalib gələrək, final mərhələsinə adlayıb. Meydan sahiblərinin heyətində qolları 50-ci dəqiqədə penaltidən Robert Levandovski və 72-ci dəqiqədə Pyotr Zelinski vurublar.

DÇ-2022, pley-off mərhələsi
Final
29 mart

22:45. Portuqaliya - Şimali Makedoniya - 2:0

Qollar: Brunu Fernandeş, 32; 65

Portu, "Draqau" stadionu.


22:45. Polşa - İsveç - 2:0

Qollar: Robert Levandovski, 50 (pen.). Pyotr Zelinski, 72

Xojuv, "Şlyonski" stadionu


Qeyd edək ki, digər final görüşündə Uels iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər