20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib
Tarix: 30-03-2022 15:28 | Bölmə: İdman
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Məlumata görə, 59 kq çəkidə yer alan idmançı A qrupundakı ilk görüşündə Elif Yanikə (Türkiyə), ardınca Elene Heyke Bruggerə (Almaniya) qalib gələrək, qrup lideri kimi yarımfinala vəsiqəni təmin edib. O, finala gedən yolda Yovita Vjesenlə (Polşa) qarşılaşacaq.

50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova isə təsnifatda Şimonetta Şekeriyə (Macarıstan) qalib gəlsə də, 1/4 finalda Miqlena Selişkaya (Bolqarıstan) məğlub olub.

Azərbaycanın digər qadın güləşçisi, 65 kq-da yarışan Elis Manolova martın 31-də çıxışlarına start verəcək.

Bu gün, həmçinin sərbəst güləşçilərdən 86 kq-da yarışan Abubakr Abakarov qızıl, 74 kq-dakı Turan Bayramov və 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Abakarov Maylz Nazem Amine (San Marino), Bayramov Kamil Rıbitski (Polşa) - Zurab Kaprayev (Rumıniya) cütünün qalibi, Nurməhəmmədov isə Damian İqlesias Vilela (İspaniya) ilə görüşəcək/Report.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıb. Avropa çempionatı aprelin 3-də başa çatacaq.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər