20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
UEFA Qazaxıstan Futbol Federasiyasını cərimələyəcək
Tarix: 30-03-2022 18:12 | Bölmə: İdman
UEFA Qazaxıstan Futbol Federasiyasını cərimələyəcək

UEFA Qazaxıstan Futbol Federasiyasını (KFF) cərimələyəcək.

Reyting.az
Report-a istinadla xəbər verir ki, buna Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda azarkeşlərin davranışları səbəb olub.

Fanatlar görüşdə meydana yad əşyalar atıblar. KFF buna görə 10 min avro ödəməli olacaq.

Qeyd edək ki, ilk qarşılaşmada 1:2 hesabı ilə uduzan Moldova ikinci görüşün əsas vaxtını öz xeyirlərinə başa vurub - 1:0. İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan (5:4) Qazaxıstan yığması C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycanla millisi ilə yanaşı Slovakiya və Belarusa rəqib olub.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər