Azərbaycanın 2 gimnastı Dünya Kubokunda finala yüksəlib
Tarix: 31-03-2022 16:57 | Bölmə: İdman
Azərbaycanın 2 gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastları İvan Tixonov və Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

Məlumata görə, Tixonov təsnifatda paralel qollarda hərəkətlərə görə 13.933 xal toplayaraq 8-ci olub. Simonov isə halqa ilə hərəkətlərdə hakimlərdən 14.266 xal alıb və 6-cı yeri tutub.

Hər iki idmançı təsnifat mərhələsini ilk "səkkizlik"lə başa vurduğu üçün finala yüksəlib.

Qadınların mübarizəsində isə Samirə Qəhrəmanova dayaqla tullanmada 12.166 xalla 17-ci, Milana Minakovskaya isə müxtəlif hündürlüklü qollarda hərəkətlərdə 10.366 xalla 23-cü olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}