14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Qurban Qurbanov: "Oyunumuzu yaxşılaşdırmaq barədə fikirləşməliyik"
Tarix: 02-04-2022 18:04 | Bölmə: İdman
Qurban Qurbanov: "Oyunumuzu yaxşılaşdırmaq barədə fikirləşməliyik"

"Matçın erkən saatlarda olması sürəti aşağı sala bilər, amma layiqli qələbə qazandıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə 5:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur oyunundan sonra deyib.

50 yaşlı mütəxəssis bildirib ki, hər mövsüm qarşılarına yüksək hədəflər qoyurlar: "Belədə bütün matçlara qələbə hissi ilə çıxırıq. Hazırda çempionluq üçün lazım olan 13 xalı düşünmürük. Oyunumuzu yaxşılaşdırmaq barədə fikirləşməliyik".




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib