14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Ukraynada daha bir futbolçu müharibədə həlak olub
Tarix: 03-04-2022 13:52 | Bölmə: İdman
Ukraynada daha bir futbolçu müharibədə həlak olub

Ukraynada daha bir futbolçu Rusiya ilə müharibədə həlak olub.

"Ukrinform" xəbər verir ki, "Çayka"nın sabiq hücumçusu Aleksandr Suxenkonun meyiti Kiyev vilayətində meşədə tapılıb.

25 yaşlı forvard ilə birlikdə valideynləri də öldürülüb.

Qeyd edək ki, daha əvvəl "Krivbas" klubunun sabiq futbolçusu Volodimir Kolesnik, "Qostomel"dən Dmitri Martinenko, "Karpati" (Lvov) komandasından Vitali Sapilo və "Sluç" klubunun oyunçusu Boqdan Semençuk müharibədə həlak olub.(Report)

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib