"Neftçi"-"Zirə" oyunu yekunlaşıb
Tarix: 03-04-2022 19:15 | Bölmə: İdman
"Neftçi"-"Zirə" oyunu yekunlaşıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Reyting.az
-ın məlumatına görə, günün ikinci "Neftçi" "Zirə"ni qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma 1:1 hesabı ilə bitib. "Zirə"nin qolunu 88-ci dəqiqədə Ahmed Ayzaya vurub. Meydan sahiblərindən Tiaqo Bezerra isə 90+5-ci dəqiqədə penaltidə fərqlənib.

59-cu dəqiqədə "qartallar"ın heyətində Coşqun Diniyev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 77-ci dəqiqədə isə "Neftçi"də Eddi İsrafilov eyni aqibəti yaşayıb.

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qəbələ" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. İlk oyun günündə "Qarabağ" evdə "Səbail"ə 5:1, "Sabah" səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}