20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Şahmatçımız FİDE bayrağı altında oynamaqdan imtina edib
Tarix: 07-04-2022 09:16 | Bölmə: İdman
Şahmatçımız FİDE bayrağı altında oynamaqdan imtina edib

Azərbaycan şahmatçısı Rauf Məmmədov FİDE bayrağı altında yarışlarda iştirakdan imtina edib. Reyting.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster bu addımı Ukraynada baş verən hadisələr səbəbindən atıb.

Azərbaycan yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi olan şahmatçı FİDE rəhbərliyinin hadisələrə mövqeyinə etiraz edib. R. Məmmədov deyib ki, FİDE prezidenti rusiyayönlü olduğundan müharibə müddətində qurumun turnirlərində oynamayacaq. O, “Ukraynaya eşq olsun!”- şüarını da səsləndirib.

Qeyd edək ki, Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər