20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiya ləğv olunmuş dünya çempionatına görə təzminat tələb edir
Tarix: 07-04-2022 12:09 | Bölmə: İdman
Rusiya ləğv olunmuş dünya çempionatına görə təzminat tələb edir

Ümumrusiya Voleybol Federasiyası (VFV) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Məlumata görə, VFV ləğv olunmuş dünya çempionatına görə 80 milyon ABŞ dolları məbləğində təzminat tələb edib.

Qurumun baş katibi Aleksandr Yaremenko TASS-a bildirib ki, hüquqşünasların əmək haqlarının ödənilməsindəki problemlərlə əlaqədar hüquqi dəstək almaq elə də asan deyil: "Ödənişləri köçürə bilmirik. Bu məsələlərin həll edirik".

Qeyd edək ki, martın 1-də Beynəlxalq Voleybol Federasiyası Ukraynaya hərbi müdaxilə ilə əlaqədar 2022-ci il dünya çempionatını Rusiyada keçirməkdən imtina qərarı qəbul edib. Mundial 26 avqust - 11 sentyabrda 10 şəhərdə - Moskva, Sankt-Peterburq, Kalininqrad, Yaroslavl, Kazan, Yekaterinburq, Ufa, Novosibirsk, Kemerovo və Krasnoyarskda təşkil olummalı idi.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər