Super Liqanın oyunu təxirə salınıb
Tarix: 08-04-2022 12:03 | Bölmə: İdman
Super Liqanın oyunu təxirə salınıb

Futbol üzrə Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində bu gün keçirilməli olan “Qaziantep” - “Trabzonspor” oyunu təxirə salınıb. Reyting.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, oyunun təxirə salınmasına səbəb qonaq komandanın sıx dumana görə səfərə yollana bilməməsidir. Əlverişsiz hava şəraiti ucbatından Trabzon hava limanındakı uçuşlar ertələnib. Qarşılaşma aprelin 9-da Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}